Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur.
"Report"un məlumatına görə, ilk dərslər ibtidai siniflərdə "Vətənim Azərbaycan”, V-IX siniflərdə "Dövlət rəmzləri - müstəqilliyimizin simvolu”, X-XI siniflərdə "Azərbaycan Xalq Cümhuriyyəti - dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunub.
Qeyd edək ki, yeni tədris ilində ölkə üzrə 165 780 şagird birinci sinifdə təhsil alacaq.
Xatıladaq ki, təhsil naziri Ceyhun Bayramovun “2018-2019-cu tədris ilində “Bilik günü”nün qeyd olunması və ilk dərs günləri haqqında” imzaladığı əmrə əsasən, 6 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərdə dərslər sentyabrın 15-də başlayıb. 5 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflər isə sentyabrın 17-də açılacaq.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli fərmanına uyğun olaraq, ölkədə yeni dərs ili sentyabrın 15-də başlanır və bu tarix Bilik Günü kimi qeyd olunur.
"Report" Bakıda ilk dərs günündən hazırladığı fotoreportajı təqdim edir.