Bakıda 31-ci Beynəlxalq İnformatika Olimpiadasının ilk günü başlayıb.
"Report" xəbər verir ki, Azərbaycanda ilk dəfə təşkil olunan olimpiadada iştirak üçün milli komandamız da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qeydiyyatdan keçib.
Yarışda ölkəmizi indiyə qədər 24 dəfə təmsil edən Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar.
Avqustun 11-dək davam edəcək tədbirin yüksək səviyyədə təşkili üçün müasir tələblərə cavab verən məkanlar seçilib.
Əsas yarış Milli Gimnastika Arenasında həyata keçirilir.
Beynəlxalq İnformatika Olimpiadası