Sahibə Qafarova yenidən Milli Məclisin sədri seçilib.
"Report"un xəbərinə görə, bu barədə məsələ VII çağırış parlamentin ilk iclasında səsverməyə çıxarılıb.
Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisin sədrliyinə namizədliyi irəli sürülüb. S.Qafarova Yeni Azərbaycan Partiyasının Sədrinə və partiya üzvlərinə minnətdarlığını bildirib.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Bununla da S.Qafarova VII çağırış Milli Məclisin sədri seçilib.
Yeni Azərbaycan Partiyasının Milli Məclisin sədri postuna namizədi Sahibə Qafarova olub.
“Report”un xəbərinə görə, bu barədə partiyanın yeni seçilmiş deputatlarının iclasında qərar qəbul edilib.
Xatırladaq ki, daha əvvəl Sahibə Qafarova VI çağırış Milli Məclisin sədri olub.