MM yaşayış minimumu və ehtiyac meyarının 300 manat olmasını I oxunuşda qəbul edib
Milli Məclis
- 20 noyabr, 2025
- 16:45
Milli Məclis 2026-ci ilin dövlət büdcəsi zərfinə daxil olan "Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələrini ilk oxunuşda qəbul edib.
"Report" xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında müzakirə aparılıb.
Qeyd edilib ki, 2026-cı ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 300 manat olması nəzərdə tutulur.
Bu, 2025-ci illə müqayisədə 15 manat və yaxud 5,3 % çoxdur.
Sənədə əsasən, yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat müəyyən edilir.
Müzakirələrdən sonra hər iki sənəd səsverməyə qoyularaq birinci oxunuşda qəbul olunub.
Son xəbərlər
18:45
Əraqçi: İran və Rusiya əməkdaşlığı artırmaqla Qərbin sanksiyalarına cavab vermək istəyir
Region18:41
Ukrayna nümayəndələri danışıqlar aparmaq üçün Floridaya gedəcəklər
Digər ölkələr18:26
Gələn il ABŞ-nin bir sıra ictimai-siyasi xadimi Azərbaycana gələcək
Xarici siyasət18:26
Azərbaycan millisinin voleybolçusu: "Avropa Liqasına çox ciddi hazırlaşacağıq"
Komanda18:19
Foto
Mətbuat Şurasının Dil Komissiyasının tərkibi müəyyənləşib
Media18:16
Foto
Dövlət Komitəsinin sədri ABŞ-nin Azərbaycandakı Müvəqqəti işlər vəkili ilə görüşüb
Din18:08
Zelenski: ABŞ ilə sülh planı üzrə danışıqlarda irəliləyiş var
Digər ölkələr18:06
Foto
BMT-nin rezident əlaqələndiricisi ilə ANAMA-da görüş keçirilib
Daxili siyasət18:04