Milli Məclisdə Elm və Təhsil Nazirliyi ilə birgə dinləmənin keçirilməsi təklif olunub

Milli Məclisdə Elm və Təhsil Nazirliyi ilə birgə dinləmənin keçirilməsi təklif olunub Milli Məclisdə Elm və Təhsil Nazirliyi ilə birgə dinləmənin keçirilməsi təklif olunub.
Milli Məclis
23 Yanvar , 2025 14:25
Milli Məclisdə Elm və Təhsil Nazirliyi ilə birgə dinləmənin keçirilməsi təklif olunub

Milli Məclisdə Elm və Təhsil Nazirliyi ilə birgə dinləmənin keçirilməsi təklif olunub.

"Report" xəbər verir ki, bu təkliflə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov komitənin bugünkü iclasında çıxış edib.

Onun sözlərinə görə, yaz sessiyasında önəmli məsələlərdən bir də "Ali təhsil haqqında" qanun layihəsinin qəbuludur:

"Təhsil ictimaiyyəti qanun layihəsinin qəbulunu səbirsizliklə gözləyir. Layihədə bir çox mühüm məsələlər var. Onlardan biri də doktorantura səviyyəsinin bir ilə endirilməsidir. İnanıram ki, tezliklə layihə qəbul ediləcək və bu da təhsilimizin inkişafına öz töhfəsini verəcək".

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Əziz Ələkbərli isə "Ali təhsil haqqında" qanun layihəsinin parlamentin yaz sessiyasının gündəliyinə salınmasını təklif edib.

Son xəbərlər

Orphus sistemi