Macarıstan Azərbaycana hər zaman dost olaraq qalacaq.
“Report” xəbər verir ki, bunu Macarıstan Milli Assambleyanın sədr müavini Sandor Lezsak Milli Məclisin mayın 16-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirdiyi xüsusi iclasda deyib.
“Heydər Əliyev müasir Azərbaycanın qurucusudur. Müharibə şəraitində olan Azərbaycanda Heydər Əliyev dövlət başçısı seçildi. Onun rəhbərliyi altında Azərbaycan sabitliyə nail oldu və inkişaf edən bir ölkəyə çevrildi” - Sandor Lezsak vurğulayıb.
O qeyd edib ki, Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan misilsiz inkişaf mərhələsi keçib:
“Neft və qaz ixracı Azərbaycan üçün yeni imkanlar açdı. Azərbaycan və Macarstan xalqları bir-birini qardaş xalq kimi qiymətləndirir. Bu gün Macarıstan və Azərbaycan bir-birinə etibar edir. Azərbaycan hər zaman Macarıstana arxalana bilər. Biz hər zaman Azərbaycana dost olaraq qalacağıq. İqtisadi və enerji sahəsində əməkdaşlığımız yüksək səviyyədədir. Azərbaycanın bizim ölkənin, ümumilikdə Avropanın enerji təhlükəsizliyində rolu böyükdür və yaxın gələcəkdə daha da artacaq. Azərbaycanın bugünkü inkişafı üçün zəmin və baza Heydər Əliyev tərəfindən yaradılıb və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.