Ordubadda yasa gedərkən qəzaya düşən 11 nəfərin kimliyi məlum olub - Yenilənib

Hadisə
  • 15 noyabr, 2026
  • 16:49
Ordubadda yasa gedərkən qəzaya düşən 11 nəfərin kimliyi məlum olub - Yenilənib

Ordubad rayonunda mikroavtobusun aşması nəticəsində xəsarət alan 11 nəfərin kimliyi məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci il təvəllüdlü Sura Möhsünlü, 1967-ci il təvəllüdlü Sara Məmmədova, 1979-cu il təvəllüdlü Raidə Əliyeva, 1992-ci il təvəllüdlü Gülşad Tağıyeva, 1966-cı il təvəllüdlü Cəmilə Tağıyeva, 1955-ci il təvəllüdlü Validə Həsənova və 1977-ci il təvəllüdlü Güllər Hacıyeva xəsarət alıblar.

İlkin məlumata görə, xəsarət alan şəxslər yas mərasimində iştirak etmək üçün yola düşərkən qəzaya uğrayıblar. Hazırda yaralıların tibbi müayinəsi davam etdirilir.

Ordubad rayonunda sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər xəsarət alıb.

"Report"un yerli bürosu xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Dırnıs kəndində baş verib.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.