Yuxarı

Əhliman Əmiraslanov: “Azərbaycandan başqa antibiotiklərin reseptsiz satıldığı ölkə tanımıram”

Bakı. 18 yanvar. REPORT.AZ/ “Azərbaycandan başqa antibiotiklərin reseptsiz satıldığı ölkə tanımıram. Dünya reseptsiz antibiotik almaq mümkün deyil. Avropada olan zaman ailə üzvlərimdən birinə antibiotik lazım idi, nə qədər etdimsə, ala bilmədim. Bazar gününə təsadüf edirdi deyə, həftənin birinci gününü gözlədik ki, gedək resept alaq. Antibiotiklərlə belə davranmaq son dərəcə təhlükəlidir”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, antibiotiki lazım oldu-olmadı istifadə etmək təhlükəlidir: “Tibb sahəsi ilə bağlı çıxan məqalələrə diqqət etsəniz, görərsiniz ki, antibiotiklərin, hətta insanların genetik aparatına təsir edərək müəyyən mutasiyalar yaratması barədə məlumatlar var. Bunun üçün ciddi nəzarət etmək lazımdır”.

Ə.Əmiraslanov qeyd edib ki, satılan antibiotiklərin tərkibinə də ciddi nəzarət etmək lazımdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi