Yuxarı

Əhliman Əmiraslanov

 - 

Azərbaycan Milli Məclisinin deputatı



2011

2011-ci ildə Rusiya Tibb Elmləri Akademiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü və AMEA-nın Biologiya elmləri bölməsinin akademik-katibinin müavini seçilib.

2010

2010-cu ildə Azərbaycan Respublikasının Milli Məclisinin Deputatı seçilib.

2007

2007-ci ildən həm də Universitetin Onkoloji klinikasının direktorudur.

1993

1993-cü il martın 23-də müsabiqə yolu ilə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının müdiri vəzifəsinə seçilib.

1992

1992-ci ildən Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsində çalışır.

1990

1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

1987

1987-ci il iyunun 18-də SSRİ Tibb Elmləri Akademiyası Ümumittifaq Onkoloji Elmi Mərkəzində aparıcı elmi işçi vəzifəsinə təsdiq edilib

1977

1977-ci ildə Moskvada SSRİ Elmləri Akademiyası Ümumittifaq Onkoloji Elmi Mərkəzində (TEA-nın ÜOEM) Ümumi onkologiya şöbəsində kiçik elmi işçi kimi fəaliyyət göstərib.

1971

1971-1974-cü illərdə Bakı şəhər kliniki onkologiya xəstəxanasının cərrahiyyə şöbəsində həkim-ordinator və şöbənin müdiri vəzifələrində çalışıb.

1969

1969-cu ildə hələ tələbə ikən, Bakı şəhər kliniki onkologiya xəstəxanasında əmək fəaliyyətinə başlayıb.

1965

1965-ci ildə orta məktəbi qızıl medalla bitirərək elə həmin ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.

1947

1947-ci ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Zod kəndində anadan olub.