“Baku TV həm ingilis, həm də erməni dilində yayıma başlaya bilər".
Bunu "Report"a müsahibəsində “Baku TV”nin direktoru Ramin Cəfərov deyib.
Onun sözlərinə görə, “Baku TV”nin artıq bir ilə yaxındır ki, rusdilli redaksiyası fəaliyyət göstərir: "Qısa zamanda çox böyük nailiyyətlər əldə etmişik. Hazırkı informasiya müharibəsində də rusdilli kontent bir çox mənada yardımçı olub. Gələcəkdə isə “Baku TV” həm ingilis, həm də erməni dilində fəaliyyətə başlaya bilər".
R.Cəfərov vurğulayıb ki, bu günə kimi “Baku TV” daim tamaşaçılarını düzgün, etibarlı xəbərlərlə təmin etməyə çalışıb və bundan sonra da bu məsələ onlar üçün əsas prioritetlərdən olacaq: "Belə ki, artıq “Baku TV”nin tamaşaçısı 1 milyona yaxınlaşır və onların hər biri unikal tamaşaçıdır. Bu, yazılan şərhlərdən də hiss olunur. Onların çox gözəl yumor hissi var. Məqsədimiz isə gələcəkdə də yenilikləri izləmək və onlara vaxtında inteqrasiya edərək izləyici kütləmizi daha da artırmaqdır".
R.Cəfərovun geniş müsahibəsini buradan oxuya bilərsiniz.