Caliber.az-ın 2 yaşı tamam olub: "Layihənin video istiqamətini fəal inkişaf etdiririk"

Caliber.az-ın 2 yaşı tamam olub: "Layihənin video istiqamətini fəal inkişaf etdiririk" Bu gün Caliber.az informasiya-analitik portalının yaranma günüdür.
Media
10 Mart , 2023 13:28
Caliber.az-ın 2 yaşı tamam olub: Layihənin video istiqamətini fəal inkişaf etdiririk

Bu gün Caliber.az informasiya-analitik portalının yaranma günüdür.

"Report"un xəbərinə görə, portalın iki yaşı tamam olur. Sayt 10 mart 2021-ci ildə fəaliyyətə başlayıb. Caliber.az rus, ingilis və erməni dillərində fəaliyyət göstərir. Oxucuları dünyada baş verən ən aktual xəbərlərlə təmin edir, analitik məqalələr, müsahibələr, videomateriallar hazırlayır.

Caliber.az saytının baş redaktoru Timur Hüseynov "Report"a deyib ki, yerli media bazarında çox sayda saytın olduğunu nəzərə alsaq, indi oxucu qazanmaq çətindir:

Onun sözlərinə görə, saytın yaradılmasından bəri keçən 2 il asan olmayıb:

"Biz oxucu toplamağı bacardıq, amma qarşıda çox işlərimiz var. Bizim oxucumuz bilir ki, eksklüziv bir məlumat paylaşırıqsa, bu məlumatlar hər zaman öz təsdiqini tapır. Bundan əlavə, hər gün 6-7 analitik məqalə, müsahibə dərc edirik ki, bu da auditoriyamızı böyütməyə kömək edir.

Əvvəlki 2 ili qiymətləndirərək qeyd etmək istəyirəm ki, sayt əvvəlcə yalnız rus dilində fəaliyyət göstərirdi. Lakin keçən ildən etibarən saytın ingilis və erməni versiyalarını da işə saldıq. Bu da erməni və ingilis dilli auditoriyamızı genişləndirməyə imkan verdi.

Caliber.az Azərbaycan mediasında öz yerini tutur. Xüsusilə Ermənistan-Azərbaycan məsələsinə, Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətə, habelə, şərti Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə həsr olunmuş xəbərlərimiz bir çox yerli və xarici KİV tərəfindən istinad olunmaqla yayılır. Hazırda layihənin video istiqamətini fəal inkişaf etdiririk, bu da layihəmizin populyarlaşmasına kömək edir və hər gün daha çox oxucu və tamaşaçı cəlb edir".

Qeyd edək ki, iki il uzun vaxt olmasa da, Caliber.az bu qədər qısa müddətə həm Azərbaycanda, həm də xaricdə nəinki oxunaqlı, həm də hörmətli, istinad edilən sayta çevrilib. İki il ərzində onlar dörd mindən çox analitik məqalə, müsahibə və reportajlar hazırlayıblar.

Biz də "Report" İnformasiya Agentliyi olaraq "Caliber"dəki həmkarlarımızı təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

İngilis versiyası Caliber.az turns 2

Son xəbərlər

Orphus sistemi