Bakı. 13 iyun. REPORT.AZ/ I Avropa Oyunlarının açılış mərasimi dünya mətbuatında geniş işıqlandırılıb. "Report" xəbər verir ki, dünyanın bir çox tanınmış nəşrləri bu hadisəyə məqalələr və fotosessiyalar həsr edib.
Oyunların açılış mərasimindən fotosessiyaları "Reuters", "Associated Press", "The Washington Post" kimi məşhur nəşrlər dərc ediblər.
"Associated Press" dərc etdiyi məqalədə yazır ki, "I Avropa Oyunlarının açılış mərasimi Olimpiya təmtərağı ilə baş tutdu", burada yunan miflərinin eklektik elementlərindən də istifadə olunmuşdur.
"Bu ecazkar feeriyanın keçirildiyi məkan 68 min tamaşaçı tutumu olan və açılış zamanı divarları Azərbaycan bayrağı rənglərində işıq saçan Bakı Olimpiya Stadionu idi".
"Reuters" "Ledi Qaqa açılış mərasiminə qatılan qonaqları heyrətləndirdi" sərlövhəli məqalə dərc edib. Məqalədə deyilir ki, Con Lennonun "Imagine" kompozisiyasını ifa edən pop-ulduz "gözqamaşdırıcı açılış mərasiminə" start verdi.
Yazıda o da qeyd olunur ki, 6 minə yaxın idmançı stadionda Azərbaycan Prezidenti
"Bu enerji resursları ilə zəngin olan ölkə bu günə qədər özünün ən möhtəşəm idman feeriyası olan 16 gün davam edəcək bu Oyunların keçirilməsi üçün bir milyard dollardan artıq vəsait xərcləyib. Oyunların keçirilməsi üçün bir neçə idman obyekti yeni inşa olunub", - məqalədə deyilir.
BBC həmçinin I Avropa Oyunlarının açılışına həsr olunan reportaj və geniş fotossesiya təqdim edib. Şounun əsas məqamlarından biri kimi qədim yunan allahı Zevsi simvolizə edən nəhəng buğanı, rəqs zamanı möhtəşəm Azərbaycan bayrağını əks etdirən rəqqaslar qrupunu və açılaraq içindən qırmızı dənəcikləri göyə qalxan böyük narı qeyd edir. Məqalədə həmçinin Ledi Qaqanın səhnəyə qeyri-adi çıxması və rəngbərəng güllərlə bəzədilən fortepiano arxasına keçərək Con Lennonun repertuarından mahnı ifa etməsi də qeyd olunur.
I Avropa Oyunlarının açılış mərasimi bir sıra İtaliya, Hollandiya və Almaniya kütləvi informasiya vasitələrində də işıqlandırılıb.
Bu möhtəşəm idman tədbirinə qonşu ölkələrin KİV-ləri də geniş yer ayırıb.
"Möhtəşəm səhnələşdirilmiş şouda iki mindən artıq artist iştirak edirdi. Açılış mərasimində Ayropa Oyunlarının məşəli alovlandırıldı", - NTV xəbər verir.
"İnterfaks" xəbər verir ki, I Avropa Oyunlarının məşəlini Olimpiya Stadionunda iki dəfə paralimpiya çempionu İlham Zəkiyev və 2014-cü il Yeniyetmələrin Olimpiya Oyunlarının taekvondo üzrə çempionu, 17 yaşlı Səid Quliyev alovlandırıblar.
TASS yazır ki, 6 mindən artıq idmançının möhtəşəm paradından sonra onların şərəfinə Ledi Qaqa Con Lennonun "Imagine" kompozisiyasını ifa edib.
"RİA Novosti" qeyd edir ki, açılış mərasimində ilk miniatür dünya şöhrətli dahi şair, Şərq poeziyasının tanınmış siması Nizamiyə həsr olunmuşdu. Orta əsrləri əks etdirən dekorasiyalar fonunda onun əsərlərindən məşhur səhnələr canlandırıldı.
"Rusiya millisinin tərkibində 7 Olimpiya çempionu və 34 dünya çempionu yer alıb. Bu anda bütün diqqət açılış mərasimi baş tutan mərkəzi stadiondakı möhtəşəm şouya yönəlib. Təşkilatçılar milli koloriti özündə əks etdirən xüsusi effektlərə üstünlük veriblər. Açılış mərasiminin qonaqları arasında Vladimir Putin də var", - Rusiyanın "Birinci kanal"ı xəbər verir.
"Avropa Oyunlarının loqotipi özündə beş simvol birləşdirmişdi: od, su, Simurq quşu, xalça elementləri və əsas milli meyvələrdən sayılan nar burada əks olunmuşdu. Oyunların rəmzləri ceyran və nar seçilmişdi. Oyunların iştirakçılarına və qonaqlara yardımçı olmaq məqsədilə 18 minə yaxın könüllü cəlb olunub", - "Kommersant" yazır.
"Açılış mərasimi çox möhtəşəm keçdi. Tamaşaçılara geniş ekranda məşəl estafetinin bəzi məqamları nümayiş etdirildi. Oyunların açılış mərasimini tribunalardan bir çox ölkə başçıları, o cümlədən Vladimir Putin də izləyirdi. Təşkilatçıların tamaşaçılara hazırladığı sürprizi də var idi. Yeni Olimpiya Stadionunda dünya pop-ulduzu Ledi Qaqa Con Lennonun "Imagine" kompozisiyasını ifa etdi", - "Rossiya 24" telekanalı xəbər verir.
Belarusun BELTA agentliyi qeyd edir ki, I Avropa Oyunlarının məşəlinin yandırılması olduqca "orijinal və gözoxşayan" idi.
"Anadolu" Agentliyi "Bakı 2015" Avropa Oyunlarının açılışı mərasimini "Bakıda Avropa Oyunları coşqusu" adı altında geniş reportajla yayımlayıb.
Türkiyənin "NTVTürk" saytı tədbirin açılışı haqda yazını "Bakıda Avropa Oyunları başladı" başlığı adı altında yayıb. Mərasimin açılışında Azərbaycan xalq mahnısı "Sarı gəlin"nin musiqisinin Azərbaycanın qədim musiqi aləti balabanda ifa edilməsi də qeyd olunub.
Türkiyənin "yenicaggazeta" saytı Oyunların açılışı ilə bağlı yazdığı məqalədə tədbirin möhtəşəm olduğunu vurğulayıb.
"Hurriyet" saytı açılış tədbiri haqda yazını "Bakıda böyük həyəcan başladı" başlığı ilə yayıb.
"iha.com.tr" saytı tədbir haqda yazını "Açılış törəni belə idi" başlığı ilə verib.
"tr.sputnik" saytı Oyunların açılışında Azərbaycan xalq mahnısı "Sarı gəlin"in musiqisinin balabanda ifasını da qeyd edib.
"turkiyegazetesi", "trthaber.com" saytları da "