Açıq məkanlardakı 1 322 reklamda Azərbaycan dili ilə bağlı nöqsanlar aşkarlanıb

Açıq məkanlardakı 1 322 reklamda Azərbaycan dili ilə bağlı nöqsanlar aşkarlanıb Bu ilin 6 ayında açıq məkanlardakı 1 322 reklamda “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunun tələblərinin pozulması, 1 329-unda isə estetik görünüşə uyğun olmayan halları ilə rastlaşılıb.
Media
24 Noyabr , 2022 16:22
Açıq məkanlardakı 1 322 reklamda Azərbaycan dili ilə bağlı nöqsanlar aşkarlanıb

Bu ilin 6 ayında açıq məkanlardakı 1 322 reklamda “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunun tələblərinin pozulmasına, 1 329-da isə estetik görünüşə uyğun olmayan hallara rast gəlinib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Dövlət Reklam Agentliyindən (ADRA) məlumat verilib.

Bildirilib ki, açıq məkanda reklamlarla bağlı qanunvericiliyin tələblərini pozmuş 2 689 sahibkara icrası məcburi olan xəbərdarlıq verilib, 205 iş baxılması üçün məhkəmələrə göndərilib.

"Ötən müddət ərzində ADRA-nın 1412 Çağrı Mərkəzinə ümumilikdə 1 820 müraciət daxil olub. Edilən müraciətlərin əksəriyyəti açıq məkanda reklam yerləşdirmək üçün prosedur qaydaları, eləcə də dövlət rüsümu və yayım haqqının hesablanması ilə bağlıdır" - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi