“Mən istəyərdim ki, bizim bəstəkarlarımız öz yaradıcı düşüncələrini irihəcmli musiqi nümunələrinə, onların bəstələnməsi istiqamətinə yönəltsinlər. Yalnız bunun sayəsində Azərbaycan musiqisini dünyaya tanıtmaq olar”.
“Report” xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Bakıda ilk dəfə keçirilən Musiqi forumunda Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə deyib.
“Təəssüflər olsun ki, bu gün irihəcmli əsərlərə, yəni terminlə ifadə edəsi olsaq, akademik səviyyəli ciddi musiqilərə, onların yaranmasına ehtiyac var. Azərbaycanda 18-ci caz festivalı ilə yanaşı 15-ci musiqi festivalı keçirildi. Fikir verirsinizsə, burada tarazlıq pozulub. Necə olur ki, Üzeyir Hacıbəyov adına Musiqi Festivalı 15-ci dəfə, amma onunla paralel Caz Festivalı 18-ci dəfə keçirilir? Mən çox rica edirəm, məni caz sənətinin düşməni kimi qiymətləndirməyin, amma tarazlığın qorunması çox vacibdir”.