Azərbaycanın Xalq artisti, kinorejissor Vaqif Mustafayevin 70 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib.
"Report" xəbər verir ki, tədbir Nizami Kino Mərkəzində baş tutub.
Yaradıcılıq gecəsi Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin təşkilatçılığı ilə keçirilib.
Gecədə “Həyat, deyəsən, gözəldir” filmi nümayiş olunub.
Tədbirdə Gürcüstanın Xalq artisti Avtandil Maxaradze, aktrisa Nino Qomarteli də iştirak edib. "Oskar" mükafatı laureatı, məşhur kinorejissor Nikita Mixalkovun da yer aldığı təbrik videoçarxı nümayiş etdirilib.
Qeyd edək ki, bu gün Vaqif Behbud oğlu Mustafayev Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunub.