“Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi, o cümlədən işğal altında olan ərazilərdə mədəni irs obyektlərinin dağıdılması cəhdlərini və faktlarını qətiyyətlə pisləyir”.
Bunu “Report”a müsahibəsində Ukraynanın mədəniyyət və informasiya siyasəti nazirinin Avropaya inteqrasiya məsələləri üzrə müavini Svetlana Fomenko, təxminən, 30 il Ermənistanın işğalı altında olmuş ərazilərdə Azərbaycanın mədəni və memarlıq irsinin ermənilər tərəfindən məhv olunması faktlarını şərh edərkən deyib.
Nazir müavini bildirib ki, Ukrayna tərəfi nazirliklə Azərbaycanın Mədəniyyət Nazirliyi arasında imzalanmış mövcud mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq müqaviləsi çərçivəsində mədəni irsin qorunması sahəsində Azərbaycanla əməkdaşlığa hazırdır.
Marina Qonçaruk