Praqadakı Azərbaycan Mədəniyyət Evində milli rəqs dərsləri başlayır

Praqadakı Azərbaycan Mədəniyyət Evində milli rəqs dərsləri başlayır Praqada yerləşən Azərbaycan Mədəniyyət Evi Lenay Seidali-zadənin müəllifi olduğu “Rəqs Emalatxanası” layihəsi çərçivəsində 8 yaşdan yuxarı uşaqlar üçün Azərbaycan milli rəqslərinin tədrisinə başlayır.
Mədəniyyət siyasəti
30 Noyabr , 2024 15:17
Praqadakı Azərbaycan Mədəniyyət Evində milli rəqs dərsləri başlayır

Praqada yerləşən Azərbaycan Mədəniyyət Evi Lenay Seidali-zadənin müəllifi olduğu “Rəqs Emalatxanası” layihəsi çərçivəsində 8 yaşdan yuxarı uşaqlar üçün Azərbaycan milli rəqslərinin tədrisinə başlayır.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın milli rəqs və musiqisinin ölkədən kənarda təbliği, qürbətdəki yeniyetmə və gənc nəsil soydaşlara ötürülməsi, mənəvi və fiziki tərbiyənin mühüm vasitəsi kimi tanıdılması dərslərin təşkilinin əsas məqsədidir.

Bununla yanaşı, Azərbaycandan uzaqda güclü rəqs qruplarının təşkili və istedadlı ifaçılarla, quruluşçuların aşkara çıxarılması da layihənin hədəflərindəndir.

Rəqslər Xalq artisti, “Şərəf” və “Şöhrət” ordenli görkəmli xoreoqraf Roza Cəlilovanın tələbəsi olan, Bakıdan dəvət edilən peşəkar pedaqoqlar və xoreoqraflar tərəfindən öyrədiləcək.

Dərslər hər bazar saat 14:00-da bir saat olmaqla Azərbaycan Mədəniyyət Evində keçiriləcək.

Qeydiyyat dekabrın 5-nə qədər davam edəcək. İlk dərs dekabrın 8-də keçiriləcək və tədris iki ay olacaq, yerlər məhduddur.

Son xəbərlər

Orphus sistemi