Azərbaycanda fəxri ad verilən şəxslərin qarşısında öhdəlik qoyulacaq

Azərbaycanda fəxri ad verilən şəxslərin qarşısında öhdəlik qoyulacaq “Fəxri adlar və təqaüdlərin verilməsi ilə bağlı Mədəniyyət Nazirliyinə müraciətlər daxil olur”.
Mədəniyyət siyasəti
4905
17 Sentyabr , 2020 16:55
Azərbaycanda fəxri ad verilən şəxslərin qarşısında öhdəlik qoyulacaq
0 : 00
0 : 00

“Fəxri adlar və təqaüdlərin verilməsi ilə bağlı Mədəniyyət Nazirliyinə müraciətlər daxil olur”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

Onun sözlərinə görə, bu sahədə qayda-qanun yaradılmalıdır: “Etiraf etmək lazımdır ki, bu sahədə müəyyən sui-istifadə halları olub. Bu sahənin tənzimlənməsi üçün müəyyən hüquqi mexanizmlər hazırlanmalıdır. Mədəniyyət sahəsində xidmətləri olan şəxslər mükafatlandırılmalıdır.

Fəxri adların verilməsi zamanı öhdəliklərin də olmasını istəyirik. O məramlara zidd olan hərəkətlərin edilməməsi ilə bağlı öhdəliklərin olması vacibdir. Biz gələcəkdə fəxri adlar verən zaman həmin şəxslər öz üzərlərinə müəyyən öhdəliklər götürəcəklər. Bizim məqəsdimiz odur ki, cəmiyyəti narahat edən məsələlərlə bağlı vətəndaş mövqeyi bildirsinlər”.  

Son xəbərlər

Orphus sistemi