Kanadada yerli sakin Ceyms Blekvud mərhum həyat yoldaşının vəsiyyəti ilə hər axşam yenot sürüsünü yedirir.
“Report” xəbər verir ki,
Ceyms Blekvud Yeni Şotlandiya əyalətində yaşayır və 25 ildir meşələrdə yaşayan yenotları yedirdir. Kadrlarda onun heyvanlara hotdoqlar, şokoladlı peçenye və it yemi verməsi əks olunur.
Ceymsin öz evinin artırmasında yenotları yedirməsi çarxı 5 milyondan çox baxış toplayıb.
"Qar yağırdı, temperatur mənfidir, yenotlar çox ac idilər və bilirdilər ki, onlar uzun qışa ehtiyat görməlidirlər", - o deyib.
Ceymsin sözlərinə görə, əvvəlcə yenotların yedirmək ideyası onun mərhum arvadına məxsus olub.
"Həyat yoldaşım 2003-cü ildə xərçəng xəstəliyindən vəfat etdi və ölüm ayağında mənə onun yenotlarına, pişiklərə, anasına qayğı göstərmək barədə yalvarırdı. Mən onun arzusunu yerinə yetirdim, növbəti on il ərzində pişiklər və anasının qayğısına qaldım.
Burada iki xilasedici pişiyim var - Konnor və Şarlotta, amma onlar evdə qalırlar. Xüsusi qeyd: pul və hədiyyə təkliflərinə görə təşəkkür, amma mən onları qəbul edə bilmirəm”, - deyə videonun izləyicilərinə o bildirib.
Ceyms vətəndaşlara ianələri heyvanların müdafiəsi xidmətlərinə köçürməyi tövsiyə edib.