“CineMastercard” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq filmlər məlum olub

“CineMastercard” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq filmlər məlum olub “CineMastercard” kinoteatrlar şəbəkəsində iyunun 27-dən etibarən nümayiş olunacaq filmlər məlum olub.
Maraqlı
25 İyun , 2024 18:19
“CineMastercard” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq filmlər məlum olub

“CineMastercard” kinoteatrlar şəbəkəsində iyunun 27-dən etibarən nümayiş olunacaq filmlər məlum olub.

"Report" xəbər verir ki, “CineMastercard” kinoteatrlar şəbəkəsində 27 iyundan etibarən ABŞ istehsalı olan “Sakit yer” qorxu filminin prikveli - “Sakit yer: Birinci gün” öz nümayişinə başlayır.

Filmin rejissoru: Maykl Sarnoski.

Baş rollarda: Lupita Nyongo, Cozef Kuin, Cimon Honsu.

Müddəti 135 dəqiqə. Yaş həddi 18+.

Film haqqında qısa məlumat: Hadisələr görünməmiş təhlükə ilə üzləşən bir dünyada cərəyan edir. Yer üzünə tamamilə kor, lakin qüsursuz eşitmə qabiliyyətinə malik yadplanetli bədheybət qoşunları endi. Bu yadplanetlilərin necə yaşadıqlarını anlamaq insanların qaçmasına kömək edəcək.

Qeyd etmək istərdik ki, film 3 dildə: rus, ingilis və türk dillərində nümayiş olunur. Həmçinin, “Sakit yer: Birinci gün” filmini ən son 4DX və ScreenX texnologiyaları ilə “CineMastercard” kinoteatrlarında izləmək olar.

https://www.youtube.com/watch?v=gihWbJYHHUk

Anime - “Mavi həbsxana. Blu lok. Naqi epizodu”

“CineMastercard” kinoteatrlar şəbəkəsində Yaponiya istehsalı olan “Mavi həbsxana. Blu lok. Naqi epizodu” adlı animenin nümayişi başlayır.

Filmin rejissoru: Şunsuke İsikava.

Baş rollarda: Nobunaqa Simazaki, Yuma Utida, Kazuyuki Okitsu.

Müddəti 105 dəqiqə. Yaş həddi 12+.

Film haqqında qısa məlumat : Lisey şagirdi Seişiro Nagi adi, darıxdırıcı bir həyat yaşayır. Dünya Kubokunu qazanmaq arzusunda olan onun sinif yoldaşı Reo Mikage oğlanın böyük potensialını kəşf edərək onu bu idman növü ilə məşğul olmağa inandırır. Gün gəlir, Seişiro ölkənin ən yaxşı futbolçuları ilə görüşəcəyi sirli Blue Lock layihəsinə dəvət alır.

https://www.youtube.com/watch?v=oXZJ7CYshzc

“Beyaz eşya” komediya filmi

“CineMastercard” kinoteatrlar şəbəkəsində Türkiyə istehsalı olan “Beyaz eşya” komediya filminin nümayişi başlayır.

Filmin rejissoru: Hakan Eser.

Baş rollarda: Özge Yağız, Burak Sevinç, Ferit Aktuğ.

Müddəti 115 dəqiqə. Yaş həddi 18+.

Film haqqında qısa məlumat: İki gözlənilməz ölüm eyni binada yaşayan iki ailənin adi həyatına absurdluq qatır. Bu ölümlərin mərkəzində olan iki soyuducu bir-birilə səhv düşdükdə iki ailənin üzvləri gözlənilməz hadisələrlə üzləşirlər.

https://www.youtube.com/watch?v=_JUFrrVGBic

“Həci başqadu” kriminal komediya filmi

“CineMastercard” kinoteatrlar şəbəkəsində Azərbaycan istehsalı olan “Həci başqadu” kriminal komediya filminin nümayişi başlayır.

Filmin rejissoru: Elşad Zarafatsız.

Baş rollarda: Murad EME, Tərlan Rzazadə, Gülşən Hüseynli, Qızılgül Quliyeva, Kənan Aydınlı, Vəfa Hacıyeva.

Müddəti 70 dəqiqə. Yaş həddi 12+.

Film haqqında qısa məlumat: Lənkəranda yaşayan Murad adlı gənc qızlarla tanış olmaq üçün instagram və tiktokda öz profil şəklini başqa bir yaraşıqlı məşhurun şəklinə dəyişir. Moskvada yaşayan Meri adlı gözəl isə mesajlardan bezib, rəfiqəsinin təkidi ilə öz profil şəklini eybəcər bir qız şəklinə dəyişir. Beləcə təsadüfən Murad Meriyə yazaraq, tanış olur.Merinin Moskvadan Lənkərana gəlməyi və Muradın onu hava limanından qaçırmağı,hadisələrin birazda böyüməyinə gətirib çıxarır.

https://www.youtube.com/watch?v=j8xHAgrcVIE

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından: http://cinemastercard.az
mobil tətbiqindən, IOS və Android əməliyyat sistemi olan smartfonlar üçün:
IOS link
Android link
əldə edə bilərsiniz.

Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi