​Çində şüşə körpü turistlərin ayaqları altında çat verib

​Çində şüşə körpü turistlərin ayaqları altında çat verib Hadisə turistlərdən birinin əlindəki polad fincanı körpünün üzərinə salmasından sonra baş verib
Maraqlı
7 Oktyabr , 2015 16:45
​Çində şüşə körpü turistlərin ayaqları altında çat verib

Bakı. 7 oktyabr. REPORT.AZ/ Çinin Henan əyalətindəki uçurum üzərində qurulmuş şüşə körpü turistlərin ayaqları altında çat verib. "Report" Lenta.ru-ya istinadən xəbər verir ki, hadisə turistlərdən birinin əlindəki polad fincanı körpünün üzərinə salmasından sonra baş verib.

Hadisə şahidləri bildiriblər ki, onlar əvvəlcə vibrasiya hiss edib, sonra isə ayaqları altında şüşənin çatladığını görüblər. Bir çox turistlər bu anda qışqıraraq yerdən təxminən 1 km. hündürlükdə olan körpünü tərk etməyə başlayıblar.

Yerli hakimiyyət orqanları hadisədən sonra bəyanatla çıxış edərək bildiriblər ki, hadisə nəticəsində turistlər üçün heç bir təhlükə yox idi, çünki çatlayan şüşə körpünün üç qatından yalnız biri olub. İnsidentdən sonra körpü ziyarətçilər üçün bağlanıb.

İki kanyonu birləşdirən körpünün uzunluğu 300 metrdir və o, sentyabrın 20-də istifadəyə verilib. Körpünün inşasında 24 millimetrlik şüşə materialdan istifadə olunub. Körpünü inşa edənlər onun etibarlı olduğunu və şüşənin hər kvadratmetrinin 800 kiloqram çəkiyə tab gətirə biləcəyini deyirdi. 

Son xəbərlər

Orphus sistemi