Azərbaycanın poçt markası beynəlxalq müsabiqədə təmsil olunur

Azərbaycanın poçt markası beynəlxalq müsabiqədə təmsil olunur Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus Azərpoçt MMC-nin üzərində Şah İsmayıl Xətainin illüstrasiyası olan poçt markası beynəlxalq müsabiqədə iştirak edir.
Maraqlı
2 İyun , 2020 10:36
Azərbaycanın poçt markası beynəlxalq müsabiqədə təmsil olunur

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin üzərində Şah İsmayıl Xətainin illüstrasiyası olan poçt markası beynəlxalq müsabiqədə iştirak edir.

“Report” xəbər verir ki, ənənəvi müsabiqə Avropanın beynəlxalq dövlət poçt operatorları asossiasiyası olan “PostEurop”un internet səhifəsində keçirilir.

Müsabiqənin mövzusunu “PostEurop”un marka və filatelistlər üzrə işçi qrupu müəyyən edir. Bu ilin mövzusu “Qədim poçt marşrutları”dır. 

Mayın 9-dan sentyabrın 9-na qədər keçirilən müsabiqədə sadəcə identifikasiya simvolu ilə xüsusi poçt markaları nəşr etmək hüququna malik olan “PostEurop”un üzv ölkələrinin milli poçt operatorları iştirak edir.

Səsvermədə buradan iştirak edə bilərsiniz. 

Son xəbərlər

Orphus sistemi