Türkiyədə illik inflyasiya rekord həddə çatıb
Maliyyə
- 03 sentyabr, 2018
- 13:13
Bakı. 3 sentyabr. REPORT.AZ/ Türkiyədə qiymət artımının illik səviyyəsi rekord həddə çatıb.
"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, ötən ay Türkiyədə illik inflyasiya 17,9% təşkil edib. Bu əvvəlki ayla müqayisədə 2,05 faiz bəndi çoxdur və son 15 il üzrə ən yüksək həddir.
Vəziyyətlə əlaqədar bəyanat verən Türkiyə Mərkəzi Bank qiymətləri sabit saxlamaq üçün bütün tədbirlərin görüləcəyini bəyan edib: "Bu ay keçiriləcək Monetar Siyasət Şurasının iclasında yeni maliyyə siyasəti müəyyən ediləcək".
Xatırladaq ki, Türkiyədə böhran ABŞ prezidenti Donald Trampın qərarı ilə bu ölkədən idxal edilən alminuma vergi tətbiq edilməsindən sonra başlanılıb.
Son xəbərlər
19:42
Binəqədidə bərbərxanada partlayış baş verib, xəsarət alan var
Digər19:38
Azərbaycanın UNESCO-dakı fəal rolu müzakirə olunub
Xarici siyasət19:37
Zelenski: Sabah Ukrayna və ABŞ arasında videodanışıqlar keçiriləcək
Digər ölkələr19:25
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
Digər ölkələr19:24
İranın Kirmanşah şəhəri raket hücumuna məruz qalıb, ölənlər var
Region19:17
Ronaldu Kazemironun "Əl-Nəsr"ə keçməsi üçün çalışır
Futbol19:16
Video
Ərdoğan: Türkiyə təhlükəsizlik sahəsində 5G ilə yeni nailiyyətlər əldə edəcək
Region19:13
Çin və Pakistan Yaxın Şərqdə vəziyyətin sabitləşdirilməsi üzrə beş bəndlik təşəbbüs irəli sürüblər
Digər ölkələr19:07