Palata: Vergi ödəyiciləri üzrə könüllü bəyanetmə səviyyəsinin kəskin aşağı düşəcəyi gözlənilir

Palata: Vergi ödəyiciləri üzrə könüllü bəyanetmə səviyyəsinin kəskin aşağı düşəcəyi gözlənilir Bakı. 30 oktyabr. REPORT.AZ/ Vergi ödəyiciləri üzrə könüllü bəyanetmə (eləcə də könüllü ödəmə) səviyyəsinin növbəti il ərzində kəskin aşağı düşəcəyi gözlənilir.
Maliyyə
30 Oktyabr , 2018 15:38
Palata: Vergi ödəyiciləri üzrə könüllü bəyanetmə səviyyəsinin kəskin aşağı düşəcəyi gözlənilir
Hesablama Palatası / Report

Bakı. 30 oktyabr. REPORT.AZ/ Vergi ödəyiciləri üzrə könüllü bəyanetmə (eləcə də könüllü ödəmə) səviyyəsinin növbəti il ərzində kəskin aşağı düşəcəyi gözlənilir.

“Report” bu barədə gələn ilin dövlət büdcəsi layihəsinə Hesablama Palatasının rəyinə istinadən xəbər verir.

Vergi qanunvericiliyinin pozulmasına görə vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyalarının məbləği 2017-ci ildə 230 511,3 min manat təşkil edib, 2018-ci ilin sonuna 271 000,0 min manat nəzərdə tutulub, 2019-cu il üçün 464 200,0 min manat proqnozlaşdırılıb.

2019-cu il üzrə vergi qanunvericiliyinin pozulmasına görə tətbiq olunan maliyyə sanksiyalarından daxilolmaların 2017-ci ilin icrasına nisbətən 233,7 mln. manat və ya 2 dəfə, 2018-ci ilin gözlənilən icrasına nisbətən 193,2 mln. manat və ya 71,3% artımla proqnozlaşdırılması vergi ödəyiciləri üzrə könüllü bəyanetmə (eləcə də könüllü ödəmə) səviyyəsinin növbəti il ərzində kəskin aşağı düşəcəyinin gözlənildiyini göstərir.

Son xəbərlər

Orphus sistemi