Yuxarı

İyunda bir sıra banklar əmanətlər üzrə faizləri aşağı endirib - ARAŞDIRMA

Azərbaycan banklarında əmanətlər üzrə faizlər necə dəyişib?

2019-cu ilin iyun ayında Azərbaycanda fəaliyyət göstərən bəzi banklarda əhalidən cəlb olunan əmanətlər üzrə faiz dərəcələrinə yenidən baxılıb.

“Report"un araşdırmasına görə, manatla qəbul olunan depozitlərin faiz dərəcələri “Accessbank”da 10,30%-11,00%-dən 9,30%-10,00%-ə, “Bank of Baku”da - 10,00%-11,00%-dən 9,50%-10,00%-ə, “NBCBank”da - 12,00%-13,00%-dən 12,00%-12,50%-ə, “Unibank”da -  10,00%-10,50%-dən 9,50%-10,00%-ə endirilib.

“Accessbank”da avro ilə əmanət qəbulu dayandırılıb. Bu valyutada qəbul olunan əmanətlər üzrə faiz dərəcələri “Unibank”da – 0,50%-dən 0,10%-ə düşüb, “Bank of Baku”da - 1,05%-dən 1,10%-ə kimi artıb. Sonuncu həmdə ABŞ dollarında olan depozitlərin faiz dərəcələrinə dəyişiklik edərək 3,00%-dən 2,60%-ə salıb.

Bütövlükdə banklar milli valyutada olan əmanətləri 5,25%-12,50% diapozonunda qəbul edir. Manat üzrə ən yüksək faizləri "NBC Bank", ən aşağı faizləri isə "Ziraat Bank Azərbaycan" təklif edir.

Banklar dollar əmanətlərini 0,30%-3,00%-lə cəlb edirlər. Əmanətlər üzrə ən sərfəli faiz dərəcələrini "Amrahbank", "AtaBank" , "Bank of Baku", "BTB Bank", "GünayBank", “MuganBank”, "NBC Bank" və "Nikoil Bank" təklif edir.

Avro əmanətləri üzrə faiz dərəcələri 0,25%-3,00% civarında dəyişir. Ən yüksək faiz dərəcəsi "NBC Bank" təklif edir.

Məlumatların toplanmasında əsas kriteriya kimi vəsaitlərin 1 il müddətinə qəbul olunması, məbləğə olan minimal tələbin yuxarı həddinin 1 000 manatı aşmaması götürülüb. Bu baxımdan icmala "Paşa Bank" (minimum məbləğ 30 000 AZN), "Premium Bank" (20 000 AZN) və "Melli İran Bankı"nın Bakı fillialı (5 000 AZN) daxil edilməyib. "Pakistan Milli Bankı"nın Bakı filialının depozit qəbul etməsi haqda isə heç bir məlumat yoxdur.

Aşağıdakı cədvəldə Azərbaycanda fəaliyyət göstərən bankların əmanətlər üzrə təklif etdikləri faiz dərəcələri göstərilir:

Maliyyə qurumu 2019 iyun
Faizlər
Aylıq ödənildikdə Müddətin sonu ödənildikdə
AZN USD EUR AZN USD EUR
Accessbank 9,30% 0,80% - 10,00% 1,50% -
AFB Bank 7,00% 1,50% - - - -
AGBank 11,00% 3,00% 1,00% - - -
Amrahbank 10,00% 3,00% 1,00% 10,50% 3,00% 1,20%
AtaBank 11,00% 2,25% 0,75% 12,00% 3,00% 1,25%
Azərbaycan Beynəlxalq Bankı 8,50% 1,00% - 9,00% 1,00% -
Azərbaycan Sənaye Bankı 11,00% 2,00% 0,30% 12,00% 2,50% 0,50%
Azər-TürkBank 7,00% 0,30% 0,30% 7,50% 0,40% 0,40%
Bank Avrasiya 9,00% 2,00% 0,25% 10,00% 2,25% 0,50%
Bank of Baku 9,50% 2,50% 1,00% 10,00% 2,60% 1,10%
Bank BTB 10,00% 2,50% - 11,00% 3,00% -
Bank Respublika 9,50% 1,90% - 10,00% 2,00% -
Bank VTB Azərbaycan 6,80% 1,90% - 7,00% 2,00% -
Expressbank 10,00% 1,00% - 10,40% 1,50% -
GünayBank 9,00% 2,00% - 11,00% 3,00% 1,00%
XalqBank 6,00% 1,00% 0,50% - - -
KapitalBank 7,00% - - 7,50% 0,10% -
Mugan Bank 9,50% 3,00% - 9,75% - -
Naxçıvan Bank - - - 4,00% - -
NBCBank 12,00% 3,00% 3,00% 12,50% 3,00% 3,00%
Nikoil Bank 11,50% 2,50% - 12,00% 3,00% -
Rabitə Bank 8,00% 0,75% - 10,00% 1,50% 0,50%
Turan Bank 11,00% 2,00% 0,50% 11,40% 2,15% 0,70%
Unibank 9,50% 1,80% - 10,00% 2,00% 0,10%
Yapı Kredi Bank 6,50% 0,50% 0,25% - - -
ZiraatBank 5,25% 1,00% - 6,00% 2,00% -
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi