MDB-də maliyyə nəzarətinə dair yeni standartlar hazırlanacaq

MDB-də maliyyə nəzarətinə dair yeni standartlar hazırlanacaq Bununla bağlı İşçi qrupunun Fəaliyyət Planı təsdiq edilib
Maliyyə
17 Fevral , 2021 10:33
MDB-də maliyyə nəzarətinə dair yeni standartlar hazırlanacaq

Fevralın 16-da MDB-yə üzv dövlətlərin Ali Audit Qurumları (AAQ) üçün Maliyyə nəzarətinə dair standartların hazırlanması üzrə İşçi qrupunun video-konfrans formatında XVI Toplantısı keçirilib.

“Report” bu barədə Hesablama Palatasına istinadən xəbər verir.

Məlumata görə, görüşdə Palatanı qurumun dövlət büdcəsi gəlirlərinin auditi şöbəsinin müdiri Cavid Bayramov, beynəlxalq əməkdaşlıq və informasiya texnologiyaları şöbəsinin məsləhətçisi Günay Məmmədova təmsil edib.

Toplantıda aşağıdakı məsələlər üzrə müzakirələr aparılıb:

- Birgə və paralel nəzarət və ekspert-analitik tədbirlərin (auditlərin) keyfiyyətinə nəzarətin keçirilməsinə dair metodiki tövsiyyələrin yekun layihəsi;

- Birgə və paralel nəzarət və ekspert-analitik tədbirlərin (auditlərin) keyfiyyətinə nəzarətin keçirilməsinə dair metodiki tövsiyyələrin yekun layihəsi;

- 2021-2023-cü illər üzrə MDB-yə üzv olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanları üçün Maliyyə nəzarətinə dair standartların hazırlanması üzrə İşçi qrupunun Fəaliyyət Planı;

- İnvestisiyaların auditi üzrə iştirakçı dövlətlərin mövcud təcrübələrinin ümumiləşdirilməsi nəticəsində əldə olunan analitik məlumatlar.

Toplantının sonunda qeyd edilən məsələlər üzrə müvafiq qərarlar qəbul edilib, əməkdaşlığın davam etdirilməsi barədə pespektiv istiqamətlər müəyyən olunub, o cümlədən 2021-2023-cü illər üzrə MDB-yə üzv dövlətlərin AAQ-ları üçün Maliyyə nəzarətinə dair standartların hazırlanması üzrə İşçi qrupunun Fəaliyyət Planı təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi