Maliyyə naziri: "I rübdə Qarabağda yenidənqurmaya 346 milyon manat xərclənib"
- 12 aprel, 2022
- 20:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsindən Qarabağda yenidənqurma işlərinin görülməsi üçün 346 milyon manat xərclənib.
"Report" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov ötən gün Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş və bu ilin I rübünün yekunlarına həsr olunmuş müşavirədə bildirib.
"Bu il Qarabağda yenidənqurma proqramının icrası üçün büdcədən ayrılmış vəsait 2,2 milyard manatdır, I rübdə bunun 346 milyon manatı və yaxud 16%-ə yaxın hissəsi artıq icra olunub. Dövlət əsaslı vəsait qoyuluşu proqramının icrası da təxminən eyni faiz nisbətində təmin edilib. Ərzaq təhlükəsizliyi proqramı çərçivəsində, əsasən də dünyadakı ərzaq problemləri ilə əlaqədar I rübüə 220 milyon manat vəsait ayrılıb. Bu da əkin subsidiyalarının verilməsi ilə bağlıdır", - deyə o, qeyd edib.