Maliyyə Monitorinqi Xidməti auditor seçir

Maliyyə
  • 20 yanvar, 2026
  • 10:34
Maliyyə Monitorinqi Xidməti auditor seçir

Maliyyə Monitorinqi Xidməti (MMX) 2025-ci il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

"Report" xəbər verir ki, sorğuda iştirak haqqı 13 manatdır.

İddiaçılar təkliflərini fevralın 4-nə qədər Xidmətin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 40 ünvanına təqdim edə bilərlər.

Təkliflərə fevralın 4-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.

Xatırladaq ki, MMX ölkə Prezidentinin 25 may 2018-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 18 iyul 2018-ci il tarixli fərmanı ilə isə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 10 min manatdır. Xidmətin əsas məqsədi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin, əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün qanunla müəyyənləşdirilmiş tələblərə riayət olunmasına nəzarət etmək, bu sahədə vahid tənzimləməni həyata keçirmək, monitorinq iştirakçılarının, nəzarət və digər dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, şəffaflığı və səmərəliliyi təmin etməkdir.

Son xəbərlər

Bütün Xəbər Lenti