“Kapital Bank” nizamnamə kapitalını artırıb

“Kapital Bank” nizamnamə kapitalını artırıb “Kapital Bank” ASC nizamnamə kapitalını 20 milyon manat və yaxud 8,85% artaraq225,85milyon manatdan245,85milyon manata çatdırıb.
Maliyyə
2 Sentyabr , 2020 16:43
“Kapital Bank” nizamnamə kapitalını artırıb

“Kapital Bank” ASC nizamnamə kapitalını 20 milyon manat və yaxud 8,85% artıraraq 225,85 milyon manatdan 245,85 milyon manata çatdırıb.

“Report” xəbər verir ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 12,39 manat olan 1 614 205 ədəd imtiyazlı, faizli, adlı səhm buraxılıb.

İllik 15% gəlirliliyə malik qiymətli kağızlar avqustun 28-də “Bakı Fond Birjası” QSC-də, standart bazar seqmenti üzrə yerləşdirilib, elə həmin gün də hamısı satılıb. Səhmlərin 1 612 666 ədədini və yaxud 99,9%-ni “Kapital Bank”ın əsas səhmdarı – “PAŞA Holdinq” MMC, qalan 1 539 ədədini və yaxud 0,1%-ni isə 51 fiziki şəxs alıb. Son nəticədə Bankın dövriyyədə olan imtiyazlı səhmlərinin sayı 50% artaraq 3 228 410-dan 4 842 615-a çatıb. Yerləşdirmə "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin vasitəçiliyi ilə baş tutub. 

Xatırladaq ki, “Kapital Bank” 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb.

Son xəbərlər

Orphus sistemi