İşsizlikdən Sığorta Fondunun büdcəsi 17 % artırılır

İşsizlikdən Sığorta Fondunun büdcəsi 17 % artırılır Gələn il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) gəlirlərinin (büdcəsinin) 212,668 milyon manat olacağı göznəlilir.
Maliyyə
1 Noyabr , 2022 14:11
 İşsizlikdən Sığorta Fondunun büdcəsi 17 % artırılır

Gələn il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) gəlirlərinin 212,7 milyon manat olacağı gözlənilir.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondun 2023-cü il büdcəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, bu, 2021-ci ilin icra göstəricisi ilə müqayisədə 8 %, 2022-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə isə 17,3 % çoxdur.

2023-cü ildə İSF-nin gəlirlərinin 159,5 milyon manatı işsizlikdən sığorta haqları hesabına formalaşacaq. Bunun isə 22,4 milyon manatı büdcədən maliyyələşən təşkilatlardan, yenə də 22,4 milyon manatı bu təşkilatlarda işləyənlərdən, 114,7 milyon manatı qeyri-büdcə sektorundan daxil olacaq. Bundan başqa, Fond sair daxilolmalar üzrə 0,1 milyon manat gəlir əldə edəcək, əvvəlki ilin sonuna istifadə olunmamış 53 milyon manat vəsaitə malik olacaq.

Gələn il İSF-nin xərclərinin də 212,7 milyon manat olacağı proqnozlaşdırılır. Bu isə 2021-ci ilin icra göstəricisi ilə müqayisədə 62,7 %, 2022-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə isə 17,3 % çoxdur.

2023-cü ildə İSF-nin xərclərinin 11 milyon manatı işsizliyə görə sığorta ödənişi, 22 milyon manatı peşə hazırlığı və əlavə təhsilin təşkili, 2 milyon manatı peşə yönümünə dair məsləhət xidmətinin göstərilməsi, 0,5 milyon manatı əmək yarmarkalarının və əmək birjalarının təşkili, 3,5 milyon manatı haqqı ödənilən ictimai işlərin təşkili, 87,5 milyon manatı özünüməşğulluq tədbirlərinin təşkili, 2 milyon manatı sosial iş yerlərində əmək haqqının bir hissəsinin maliyyələşdirilməsi, 1 milyon manat peşə standartlarının hazırlanması, 44,7 milyon manatı Dövlət Məşğulluq Agentliyinin aparatının və onun yerli orqanlarının, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın saxlanılması, 35 milyon manatı Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi, 1 milyon manatı sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin olunması üçün kvotodan əlavə iş yerlərinin yaradılması, 1,5 milyon manat sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi, 1 milyon manatı isə qanunla əmək hüquqlarının həyata keçirilməsi üçün nəzərdə tutulmuş digər aktiv məşğulluq tədbirləri ilə bağlı olacaq.

Ümumiyyətlə, Fondun xərclərinin 57,3%-i əhalinin məşğulluğunun təmin edilməsi ilə bağlı tədbirləri, 5,2%-i işsizliyə görə sığorta ödənişləri, 21,0%-i Dövlət Məşğulluq Agentliyinin, Əmək Bazarı və Sosial Müdafiə Məsələlər üzrə Milli Observatoriyanın saxlanılması, 16,5%-i isə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyininin sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi