Əmlak Məsələləri Dövlət Xidmətinin gəlirləri və xərcləri artıb

Əmlak Məsələləri Dövlət Xidmətinin gəlirləri və xərcləri artıb 2021-ci ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) gəlirləri 96,157 milyon manat təşkil edib.
Maliyyə
11 May , 2022 20:13
Əmlak Məsələləri Dövlət Xidmətinin gəlirləri və xərcləri artıb
Report.az

2021-ci ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) gəlirləri 96,157 milyon manat təşkil edib.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 56,2 % çoxdur.

ƏMDX-nın gəlirlərinin 79,766 milyon manatı və yaxud 83 %-i qeyri-birja əməliyyatlarından əldə olunub, yəni dövlət büdcəsindən ayırmalardır. Bu, illik müqayisədə 35 % çoxdur. Hesabat dövründə Dövlət Xidmətinin birja əməliyyatlarından gəlirləri 7,1 dəfə artaraq 15,547 milyon manata, sair gəlirləri 3,1 dəfə artaraq 844 min manata çatıb.

Ötən il ƏMDX-nın xərcləri isə əvvəlki ilə nisbətən 59,1 % çox - 70,112 milyon manat təşkil edib. O cümlədən Dövlət Xidmətinin əmək haqqı və məcburi dövlət sosial sığorta haqqı xərcləri 84,6 % artaraq 19,786 milyon manat, sərf etdiyi materialların dəyəri 13,8 % azalaraq 206 min manat, amortizasiya xərcləri 1 % azalaraq 2,614 milyon manat, sair əməliyyat xərcləri isə 55,85 % artaraq 47,507 milyon manat olub.

Son xəbərlər

Orphus sistemi