Azərbaycanın bank sektorunun aktivləri ötən il 22 %-dən çox artıb

Azərbaycanın bank sektorunun aktivləri ötən il 22 %-dən çox artıb Bu il yanvarın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 47 milyard 054,9 milyon manat təşkil edib.
Maliyyə
25 Yanvar , 2023 14:37
Azərbaycanın bank sektorunun aktivləri ötən il 22 %-dən çox artıb

Bu il yanvarın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 47 milyard 054,9 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 22,3 % çoxdur.

Bankların aktivlərinin 18 435,6 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 18,8 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 40,3 %-dən 39,2 %-ə düşüb.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 23,7 % artaraq 41 432,8 milyon manata, o cümlədən depozit portfeli 25,3 % artaraq 33 762,6 milyon manata çatıb. Bunun 11 483 milyon manatı fiziki, 22 279,6 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 27,1 %, şirkətlərin banklardakı vəsaitləri isə 24,4 % artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 32 % azalaraq 217 milyon manat olub.

Sektorun balans kapitalı isə 13,1 % artaraq 5 622,1 milyon manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi