Rövşən Rzayev Goranboy rayonunda vətəndaşları qəbul edib

Daxili siyasət
  • 23 noyabr, 2026
  • 16:52
Rövşən Rzayev Goranboy rayonunda vətəndaşları qəbul edib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev noyabrın 23-də Goranboy rayonunda vətəndaşları qəbul edib.

"Report" xəbər verir ki, bu barədə Dövlət Komitəsi məlumat yayıb.

Qəbulda Goranboy, Naftalan və Xocalı rayonlarında məskunlaşmış keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib. Müraciətlər əsasən Böyük Qayıdış prosesi, dövlət mənzil fonduna aid xüsusi təyinatlı yaşayış sahələri ilə təminat, müvəqqəti məskunlaşma yerlərindəki yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və digər məsələlərlə bağlı olub.

Vətəndaşların müraciətləri fərdi qaydada araşdırılıb, qaldırılan bir sıra məsələlərlə bağlı müvafiq tədbirlər görülüb. Digər müraciətlər üzrə qanunvericiliyin tələblərinə uyğun izahatlar verilib.

44 filmi