Azərbaycanda neft-qaz sektorundan büdcə daxilolmaları 32 %-dən çox artıb

Azərbaycanda neft-qaz sektorundan büdcə daxilolmaları 32 %-dən çox artıb Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 8 milyard 797,7 milyon manat təşkil edib ki, bu da proqnozdan 3,8 %, 2023-cü ilin eyni dövrü ilə müqayisədə isə 32,3 % çoxdur.
Maliyyə
16 İyul , 2024 17:39
Azərbaycanda neft-qaz sektorundan büdcə daxilolmaları 32 %-dən çox artıb

Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 8 milyard 797,7 milyon manat təşkil edib ki, bu da proqnozdan 3,8 %, 2023-cü ilin eyni dövrü ilə müqayisədə isə 32,3 % çoxdur.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə büdcə daxilolmalarında neft-qaz sektorunun payı 46,7 % təşkil edib.

6 ayda dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 27,4 %-i və yaxud 2 milyard 407,2 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 72,6 %-i və yaxud 6 milyard 390,5 milyon manatı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşüb.

Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə mədaxil olmuş neft-qaz gəlirlərinin 48,5 %-i və yaxud 1 milyard 167 milyon manatı "Şahdəniz" yatağı üzrə mənfəət vergisi, 34,6 %-i və yaxud 833,3 milyon manatı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ödədiyi müvafiq vergilər, 16,9 %-i və yaxud 406,9 milyon manatı Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin mənfəət vergisi təşkil edir.

Son xəbərlər

Orphus sistemi