Azərbaycan bu il xalis maliyyə öhdəliklərini 54 milyon dollar artırıb

Azərbaycan bu il xalis maliyyə öhdəliklərini 54 milyon dollar artırıb Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xalis maliyyə öhdəlikləri 53,6 milyon ABŞ dolları artıb. Halbuki, ötən ilin eyni dövründə xalis maliyyə öhdəlikləri 3 milyard 848,7 milyon ABŞ dolları azalmışdı.
Maliyyə
15 Dekabr , 2023 12:51
Azərbaycan bu il xalis maliyyə öhdəliklərini 54 milyon dollar artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xalis maliyyə öhdəlikləri 53,6 milyon ABŞ dolları artıb. Halbuki, ötən ilin eyni dövründə xalis maliyyə öhdəlikləri 3 milyard 848,7 milyon ABŞ dolları azalmışdı.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Builki artım Azərbaycana cəlb olunmuş birbaşa investisiyaların 4 milyard 372,2 milyon ABŞ dolları artması (1 il bundan əvvəl 4 milyard 577,9 milyon ABŞ dolları artım olub), cəlb olunmuş investisiyaların repatriasiyasının 5 milyard 110,8 milyon ABŞ dolları azalması (1 il bundan əvvəl 8 milyard 237,5 milyon ABŞ dolları azalma olub), neft bonusunun 471 milyon ABŞ dolları artması (1 il bundan əvvəl 452,2 milyon ABŞ dolları artım olub), portfel investisiyalarının 692,3 milyon ABŞ dolları azalması (1 il bundan əvvəl 235,8 milyon ABŞ dolları azalma olub), digər investisiyaların isə 1 milyard 13,5 milyon ABŞ dolları artması (1 il bundan əvvəl 405,5 milyon ABŞ dolları azalma olub) hesabına təmin edilib.

Son xəbərlər

Orphus sistemi