Auditor xidmətinə ictimai etimadın yüksəldilməsi və xidmət bazarında haqlı rəqabətin təmin edilməsi auditorlar tərəfindən yol verilən haqsız rəqabət hallarının vaxtında aşkar edilməsi və belə hərəkətlərə qarşı adekvat cəza tədbirlərinin görülməsi mühüm əhəmiyyət kəsb edir.
"Report" xəbər verir ki, bu barədə Auditorlar Palatasının açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bu baxımdan auditor xidməti bazarında haqlı rəftar üçün zəruri şəraitin yaradılması auditor peşəsinin imicinin yüksəldilməsi və xidmət bazarında haqlı rəqabətin bərqərar olması nöqteyi-nəzərindən vacib olmaqla auditor xidmətinin stabil fəaliyyəti və inkişafı üçün imkanlar yaradır.
Bu məqsədlə haqsız rəqabətə yol verən auditorlara və onların mütəxəssislərinə qarşı təsirli tədbirlər sisteminin işlənib hazırlanması və onların tətbiqi “Auditor fəaliyyətində haqsız rəqabət hallarına qarşı mübarizəyə dair Təlimat”ın hazırlanmasını zəruri edib və Auditorlar Palatasinin 2020-ci il üzrə iş planının “Auditor fəaliyyəti ilə əlaqədar təlimatlar, tövsiyələr, metodik göstəriş və şərhlərin hazırlanması” maddəsinə əsasən həmin Təlimat hazırlanıb. Sentyabrın 2-də Təlimatın Palata üzvlərindən ibarət “Dəyirmi masa”da onlayn müzakirəsi keçirilib, auditorlar aqsız rəqabət hallarına qarşı mübarizəyə dair təkliflər verib, işgüzar müzakirələr aparılıb.