Akademik: “Dövlət tapşırıqları zamanı elmi müəssisələrə maliyyə dəstəyi göstərilmir”

Akademik: “Dövlət tapşırıqları zamanı elmi müəssisələrə maliyyə dəstəyi göstərilmir” “Elmi müəssisələrin dövlət tapşırıqları və proqramları çərçivəsində həyata keçirdiyi işlərə, həmçinin elmi-ekspertiza fəaliyyətinə görə maliyyə dəstəyi göstərilmir”.
Maliyyə
23 Yanvar , 2023 17:33
Akademik: “Dövlət tapşırıqları zamanı elmi müəssisələrə maliyyə dəstəyi göstərilmir”

“Elmi müəssisələrin dövlət tapşırıqları və proqramları çərçivəsində həyata keçirdiyi işlərə, həmçinin elmi-ekspertiza fəaliyyətinə görə maliyyə dəstəyi göstərilmir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Rasim Əliquliyev deyib.

R.Əliquliyevin sözlərinə görə, eyni xidmətlər üçün özəl müəssisələrə vəsait ödənilir:

“Analoji işlərə görə digər dövlət təşkilatları, ölkədaxili və xarici biznes qurumları maliyyələşdirilir. Şübhəsiz ki, bu problem görülən işlərin keyfiyyətinə də təsir edir.

Həyata keçirilən islahatlar kontekstində elmi müəssisələrin fəaliyyətinin səmərəliliyini yüksəltmək məqsədi ilə onların qarşısına qoyulan direktiv vəzifələr və tapşırıqlar dəqiqləşdirilməli, müəyyən dövrlər üçün fəaliyyət planlari hazirlanmalidir"

Akademik hesab edir ki, elmi müəssisələrin hesabatları da, qiymətləndirmələr də, maliyyələşmə də həmin fəaliyyət planları əsasında həyata keçirilməlidir.

Son xəbərlər

Orphus sistemi