“Sabah” basketbol klubu daha bir transfer həyata keçirib.
Klubdan “Report”a verilən məlumata görə, amerikalı Mayk Holtonla 1 illik müqavilə bağlanıb.
32 yaşlı basketbolçu peşəkar karyerası ərzində Ukrayna, İsrail, Almaniya, Fransa və Avstriyada çıxış edib. Holtonun sonuncu komandası Avstriya Superliqasında mübarizə aparan “Pölten” olub. 2022/2023 mövsümündə 28 oyuna çıxan idmançı hər matçda orta hesabla 21 xal toplayıb.
Qeyd edək ki, “Sabah” bu gün digər amerikalı basketbolçu Kivon Devonportu heyətinə qatıb.
“Sabah” basketbol klubu mövsümlərarası fasilədə növbəti transferini reallaşdırıb.
Klubdan “Report”a verilən məlumata görə, amerikalı Kivon Devonportla 1 illik müqavilə bağlanıb.
203 santimetr boya malik olan 25 yaşlı basketbolçu peşəkar karyerası ərzində İsrail, Ukrayna və Fransa liqalarında legioner həyatı yaşayıb. Devonport son olaraq Fransanın “Orlean Luare Basket” klubunda çıxış edib.