Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB

Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi başlayıb.
Komanda
27 İyul , 2024 01:30
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB

Fransanın paytaxtı Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbir tarixdə ilk dəfə stadiondan kənarda - Sena çayının ətrafında baş tutub.

Sena çayı boyunca 6 kilometrlik marşrutda 12 bədii səhnə, Fransanın irsi, Paris, şəhərin abidələri və marşrut boyunca körpüləri nümayiş etdirilib.

Bundan başqa, 10 500 idmançı Parisin mərkəzindən qayıqlarla Sena çayı boyunca üzüb. Yekunda Selin Dionun ifasında Edit Piafın “Sevgidə himn” mahnısının müşayiəti ilə Teddi Riner və Mari-Jo Perak tərəfindən Olimpiya mənşəli yandırılıb.

Açılış mərasimindəki paradda Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyıblar.

Qeyd edək ki, Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

21:30

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi başlayıb.

"Report"un məlumatına görə, tədbir ilk dəfə stadiondan kənarda - Sena çayının ətrafında baş tutur.

Mərasimdə 206 komandadan 10,5 min idmançı iştirak edir.

Açılışı təxminən 300 min tamaşaçı izləyir. Bundan başqa tədbir şəhər sakinləri və qonaqlar üçün nəhəng ekranlarda yayımlanır.

İştirakçılar 116 qayıq vasitəsilə təxminən 6 km məsafəni qət edib Parisin müxtəlif tarixi məkanları və Olimpiya qurğularından yan keçəcəklər.

Açılış mərasimindəki paradda Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyacaqlar.

Qeyd edək ki, Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi