AHF rəsmisi: "Azərbaycan həndbolunun beynəlxalq arenada mövqeyinin gücləndirilməsi əsas prioritetdir"
- 23 dekabr, 2025
- 13:28
Azərbaycan həndbolunun beynəlxalq arenada mövqeyinin gücləndirilməsi əsas prioritetdir.
Bunu "Report"a açıqlamasında Azərbaycan Həndbol Federasiyasının (AHF) vitse-prezidenti Orxan Abbasov deyib.
AHF rəsmisi Beynəlxalq Həndbol Federasiyasının (IHF) 40-cı Konqresində iştirakla bağlı fikirlərini bölüşüb:
"IHF rəhbərliyi üzv federasiyaların nümayəndələri və beynəlxalq komissiyaların təmsilçiləri ilə görüşlər keçirərək, inkişaf proqramları, texniki əməkdaşlıq və gələcək birgə layihələr ətrafında fikir mübadiləsi apardı. Bu tədbirdə iştirak Azərbaycan həndbolunun beynəlxalq arenadakı mövqeyinin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı. Bu platforma vasitəsilə ölkəmizin həndbol sahəsində prioritetlərini beynəlxalq tərəfdaşlara çatdırır, yeni əməkdaşlıq imkanlarını müzakirə edirik. Məqsədimiz Azərbaycan həndbolunun inkişafını sürətləndirmək və beynəlxalq layihələrdə daha fəal iştirak etməkdir. İnanıram ki, Azərbaycan Həndbol Federasiyası beynəlxalq həndbol ailəsində fəal iştirakını davam etdirərək, ölkəmizin idman nüfuzunun yüksəldilməsinə öz töhfəsini verəcək".