Londona uçan təyyarə Bakıya eniş edib
İnfrastruktur
- 21 sentyabr, 2025
- 18:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"EVA Air" aviaşirkətinə məxsus və Bankonq - London marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib. Buna səbəb göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranmış kəskin problem olub.
Bu barədə "Report"a Heydər Əliyev Hava Limanının Mətbuat Xidmətindən bildirilib.
"Boeing 777" tipli təyyarə yerli vaxtla saat 17:44-da Bakı hava limanına uğurla eniş edib.
Sərnişinə dərhal yerində tibbi yardım göstərilib. Hazırda zəruri tibbi qiymətləndirmə aparılır və sərnişinin vəziyyətinə nəzarət davam etdirilir.
Son xəbərlər
01:44
İranda növbəti dəfə zəlzələ olub, Naxçıvanda da hiss edilib - Yenilənib
Region
01:22
Meksikada kartel liderinin həbsi zamanı dörd hərbçi həlak olub
Digər ölkələr
01:02
Foto
Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib
Region
00:45
Fransada keçirilən etirazlarda 144 nəfər saxlanılıb - Yenilənib
Digər ölkələr
00:21
SEPAH ABŞ-nin Bəhreyndəki iki hərbi bazasının hədəf alındığını açıqlayıb - Yenilənib
Digər ölkələr
23:44
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Digər ölkələr
23:25
"ABC News": Hörmüzdə gəmilərə hücumların sayı maksimuma çatıb
Digər ölkələr
23:15
Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var
Region
22:57
London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib
Digər ölkələr