Türkiyədə Rusiya istehsalı olan qəzaya uğramış PUA aşkarlanıb - YENİLƏNİB
- 19 dekabr, 2025
- 19:38
Bu gün Türkiyənin İzmit şəhərində tapılan PUA-nın Rusiya istehsalı olan pilotsuz kəşfiyyat aparatı olduğu müəyyənləşib.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, pilotsuz aparat İzmitin (Kocaeli vilayəti) Çubuklubala məhəlləsi rayonunda tapılıb.
"İlkin qiymətləndirməyə görə, tapılan uçuş aparatı kəşfiyyat əməliyyatlarında istifadə olunan Rusiya istehsalı "Orlan-10" pilotsuz aparatıdır", - məlumatda qeyd olunub.
Qurumda həmçinin vurğulanıb ki, insidentin araşdırılması davam edir.
Türkiyənin İzmit şəhərində qəzaya uğramış pilotsuz uçuş aparatı (PUA) tapılıb, hüquq-mühafizə orqanları qəzanın təfərrüatlarını araşdırır.
"Report" Türkiyə mediasına istinadən xəbər verir ki, PUA yerli vətəndaşlar tərəfindən aşkar edilib.
Onlar bununla bağlı müvafiq qurumlara məlumat veriblər.
Jandarm bölmələri dərhal hadisə yerinə gəlib və hazırda qəzanın səbəbləri araşdırılır.