Bakı. 28 yanvar. REPORT.AZ/
“Report” Komitəyə istinadən xəbər verir ki, həmin hədəflər aşağıdakılardır:
- Özəlləşdirmədə yeni yanaşmalar, şəffaflıq və iqtisadi səmərə olmalıdır;
- Əmlak Xidmətləri Məkanının təcrübəsi regionlarda da tətbiq edilməlidir;
- Əmlak qeydiyyatında əsas vəzifə - xidmətlərdə əlçatanlıq və vətəndaş məmnunluğunun daha da artırılması, kağız çıxarışdan tam elektron çıxarışa keçmək;
- Torpaqların elektron kadastr uçotunun verdiyi nəticələr vətəndaşlara da çatdırılmalıdır;
- Torpaqlardan səmərəli istifadədə - Peyk Nəzarət Sisteminin imkanlarının geniş tətbiqi və digər qurumlarla inteqrasiya;
- Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması və inteqrasiyası;
- Kadr potensialının inkişafı və çevik idarəçilik.