Yuxarı

Kərəm Həsənov

 - 

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri



2009

19 may 2009-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunub.

2005

2005-2009-cu illərdə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri vəzifələrində çalışıb.

2001

2001-2005-ci illərdə Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinin direktoru vəzifəsində işləyib.

2000

2000-2001-ci illərdə Dövlət Əmlakı Nazirliyində departament direktorunun müavini, departament direktoru, nazir müavini vəzifələrində çalışıb.

1992

1992-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu fərqlənmə diplomu ilə bitirərək "İqtisadçı" ixtisasına yiyələnib. 1992-2000-ci illərdə Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində mütəxəssis vəzifəsindən şöbə rəisi vəzifəsinə kimi işləyib.

1986

1986-cı ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub.

1969

Kərəm Əvəz oğlu Həsənov 2 avqust 1969-cu ildə Cəlilabad şəhərində ziyalı ailəsində anadan olub.