Bakı yollarında pik saatlarda tıxacların aradan qaldırılması ilə bağlı təkliflər hazırlanıb

Bakı yollarında pik saatlarda tıxacların aradan qaldırılması ilə bağlı təkliflər hazırlanıb Nazirlər Kabinetinə təqdim edilən təkliflərdə 3 həll variantı əks olunub
İnfrastruktur
21 Dekabr , 2016 12:43
Bakı yollarında pik saatlarda tıxacların aradan qaldırılması ilə bağlı təkliflər hazırlanıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda günün pik saatlarında yaranan nəqliyyat sıxlığının aradan qaldırılması məqsədilə dövlət qurumlarında iş vaxtının dəyişdirilməsi ilə bağlı təkliflər hazırlayıb. 

"Report"un xəbərinə görə, bununla bağlı BNA-nin baş direktoru Vüsal Kərimli məlumat verib.

V.Kərimlinin sözlərinə görə, müvafiq təkliflər artıq Nazirlər Kabinetinə təqdim edilib. 

Təkliflərlə bağlı 3 variantın hazırlandığını qeyd edən V.Kərimli bildirib ki, ilkin variant sıfır investisiya ilə yollarda tıxacın, sərnişin axınının həll edilməsini nəzərdə tutur: "Yəni, heç bir maliyyə sərf edilmir və dövlət qurumlarında iş saatları dəyişdirilir. İşin başlama saatı 08:30, 09:30 və s. təyin edilə bilər. Araşdırmalarımız göstərir ki, bu, yollardakı nəqliyyat problemlərini 20% həll edə bilər. Digər variantımız minimun investisiya ilə nəqliyyat axınını təmin edəcək. Nəhayət, üçüncü varinat böyük investisiyalardan ibarətdir və sürətli avtobus keçidlərinin tətbiq olunmasını nəzərdə tutur".

Son xəbərlər

Orphus sistemi