Bakı aeroportu yay mövsümündə sərnişinlərə 80-ə yaxın istiqamət təklif edir

Bakı aeroportu yay mövsümündə sərnişinlərə 80-ə yaxın istiqamət təklif edir Heydər Əliyev Beynəlxalq Aeroportu səyahət üçün müxtəlif istiqamətlər və aviaşirkətlər təklif etməklə sərnişinlər üçün əlçatanlıqı təmin etməyə çalışır. Tətil mövsümünün başlaması ilə 30-a yaxın ölkə və 80-nə yaxın istiqamət - turizm kurortlarından tutmuş
İnfrastruktur
24 May , 2024 10:02
Bakı aeroportu yay mövsümündə sərnişinlərə 80-ə yaxın istiqamət təklif edir

Heydər Əliyev Beynəlxalq Aeroportu səyahət üçün müxtəlif istiqamətlər və aviaşirkətlər təklif etməklə sərnişinlər üçün əlçatanlıqı təmin etməyə çalışır.

"Report" xəbər verir ki, bu barədə hava limanının açıqlamasında bildirilir.

Məlumata görə, tətil mövsümünün başlaması ilə 30-a yaxın ölkə və 80-nə yaxın istiqamət - turizm kurortlarından tutmuş biznes paytaxtlarına qədər sərnişinlər üçün daha da əlçatan olacaq.

Yay aylarında Türkiyənin şəhərləri ən populyar istiqamətlərdən biri olaraq qalır. İyundan etibarən Antalya, İzmir, Trabzon, Dalamana uçuşların tezliyi artırılacaq. Bu marşrutlar üzrə reyslər AZAL, “Turkish Airlines”, “Pegasus Airlines” və “Ajet” tərəfindən həyata keçiriləcək.

Körfəz kurort həvəskarlarına Əbu-Dabi, Şarja, Dubay, Bəhreyn və Küveytə həftədə 80-dən çox müntəzəm reys təklif olunur. Uçuşlar milli aviadaşıyıcı, “Wizz Air Abu Dhabi”, “Air Arabia”, “FlyDubai”, “Gulf Air”, “Kuwait Airlines” və “Jazeera Airlines” tərəfindən yerinə yetiriləcək. Həmçinin, Bakı hava limanından AZAL və Air Cairo aviaşirkətləri vasitəsilə həftədə 3 dəfə Şarm əl-Şeyxə səyahət etmək mümkün olacaq.

Frankfurt, Tivat, Astana, Moskva, Sankt-Peterburq, Ufa, Tümen, Surqut və Soçi şəhərləri də uçuş tezliklərinin artacağı istiqamətlər sırasındadır.

Bununla yanaşı, sərnişinlərər daha çox səyahət imkanları təqdim edilərək iyun ayından etibarən Bakıdan yeni istiqamətlərə - Batumi, Bişkek, Buxarest, Sofiya, Bodrum,Dalaman, və Maskata müntəzəm uçuşlar başlayacaq.

Uçuş cədvəlləri haqqında ətraflı məlumatı müvafiq aviaşirkətlərin rəsmi internet saytından əldə etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi