Bu ilin yanvar-aprel aylarında Azərbaycanda daşınmaz əmlak üzərində 121 061 mülkiyyət hüququnun qeydiyyatı aparılıb.
"Report" İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,5 % azdır.
4 aylıq göstəricinin 18 440-ı (15,2 %) ilkin, 102 621-i isə (84,8%) isə təkrar qeydiyyatın payına düşüb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 34,1 % və 32,2 % azdır.
Yanvar-aprel aylarında fərdi yaşayış və bağ evi üzərində 17 896, mənzil üzərində 26 445, torpaq sahəsi 72 951, qeyri-yaşayış binası 1 047, qeyri-yaşayış sahəsi 2 470, əmlak kompleksi - 240, çoxmərtəbəli yaşayış binası üzərində isə 12 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.
Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 29 798-i Bakının, qalan hissəsi isə bölgələrin payına düşüb.
4 ay ərzində 90 043 texniki pasport tərtib edilib, 22 387 ipoteka müqaviləsi qeydiyyata alınıb.