Vüsal Şıxəliyev: "Kommunal xidmətlərə əlçatanlığın təmin olunması vacibdir"

Vüsal Şıxəliyev: "Kommunal xidmətlərə əlçatanlığın təmin olunması vacibdir" Azərbaycanda kommunal xidmətlərə əlçatanlığın təmin olunması, bu sahədə çevik yanaşmanın formalaşması çox vacibdir.
İnfrastruktur
24 May , 2024 16:06
Vüsal Şıxəliyev: Kommunal xidmətlərə əlçatanlığın təmin olunması vacibdir

Azərbaycanda kommunal xidmətlərə əlçatanlığın təmin olunması, bu sahədə çevik yanaşmanın formalaşması çox vacibdir.

"Report" xəbər verir ki, bunu Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın katibliyinin rəhbəri Vüsal Şıxəliyev "Su Şəbəkəsinə qoşulma" işçi qrupunun 2023-cü il üzrə Fəaliyyət Planının icra vəziyyəti və qarşıda duran prioritetlərlə bağlı keçirilən 10-cu iclasında bildirib.

"Məhz bu aspekti nəzərə alaraq 2022-ci ilin ortalarında Komissiyasının daxilində "Su Şəbəkəsinə qoşulma" işci qrupu yaradılıb. Hazırda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərlik etdiyi işçi qrupu müvafiq sahədə biznes proseslərinin təhlil olunması və müasir çağırışlara uyğun adekvat eko sistemə nail olunması istiqamətində təkliflər hazırlanaraq təqdim edir", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi