AZAL Bakıdan Sürixə müntəzəm uçuşlar həyata keçirməyi planlaşdırır
İnfrastruktur
- 28 noyabr, 2024
- 10:25
"Azərbaycan Hava Yolları" QSC (AZAL) 2026-cı ildən Bakıdan Sürixə müntəzəm uçuşlar həyata keçirməyi planlaşdırır.
"Report" AZAL-a istinadən xəbər verir ki, bu barədə müzakirələr qurumun prezidenti Samir Rzayevlə İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Tomas Ştəlin ilə görüşündə aparılıb.
Görüşdə səfir Tomas Ştəlin yeni uçuş marşrutlarına dəstək verməyə hazır olduqlarını bildirib və viza müraciətlərinin artımını ikitərəfli əlaqələrin inkişafı kimi dəyərləndirib.
Tərəflər həmçinin Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) barədə müzakirələr apararaq ətraf mühitin qorunması istiqamətində yeni yanaşmaların tətbiqi məsələlərini nəzərdən keçiriblər.
Son xəbərlər
09:07
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (23.09.2026)
Maliyyə09:00
Azərbaycan millisi bu gün yoldaşlıq oyununda Tacikistan yığması ilə üz-üzə gələcək
Futbol08:59
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (23.09.2026)
Maliyyə08:57
Makron: Fransa Hörmüz boğazında yalnız müdafiə əməliyyatında iştiraka hazırdır
Digər ölkələr08:52
Bakıda 49 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
İnfrastruktur08:38
Yaponiyada "Duszyuan" tayfunu doqquz nəfərin ölümünə səbəb olub
Digər ölkələr08:21
Foto
Bakıda 14 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur08:13
Foto
Ağdərədə xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb
Hadisə07:48