ASCO sıfır emissiya hədəfinə çatmaq üçün strategiya və tədbirlər planı hazırlayır

ASCO sıfır emissiya hədəfinə çatmaq üçün strategiya və tədbirlər planı hazırlayır Beynəlxalq Dəniz Təşkilatının gəmiçilik sahəsində iqlim dəyişmələri ilə mübarizə məqsədilə 2050-ci ilədək sıfır emissiya hədəfinə çatmaq üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) strategiyası və tədbirlər planı layihəsi hazırlanır.
İnfrastruktur
19 Sentyabr , 2024 13:37
ASCO sıfır emissiya hədəfinə çatmaq üçün strategiya və tədbirlər planı hazırlayır
Rauf Vəliyev

Beynəlxalq Dəniz Təşkilatının gəmiçilik sahəsində iqlim dəyişmələri ilə mübarizə məqsədilə 2050-ci ilədək sıfır emissiya hədəfinə çatmaq üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) strategiyası və tədbirlər planı layihəsi hazırlanır.

“Report” ASCO-ya istinadən xəbər verir ki, bunu QSC sədri Rauf Vəliyev “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Gəmiçiliyin dəstəyi ilə “AzeRobot Education” Robototexnika Tədris Mərkəzinin şagirdləri arasında keçirilən “Gəmiçilik, gənc ixtiraçılar və innovasiya” müsabiqəsinin qaliblərinin və bu il Azərbaycan Dövlət Dəniz Akademiyasına yüksək balla qəbul olan tələbələrin mükafatlandırılmasına həsr edilmiş tədbirdə deyib.

R. Vəliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsinin, eləcə də Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə ölkədə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətindən danışıb.

O bildirib ki, bu tədbirlər dövlətimizin ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə diqqətinin göstəricisidir.

Son xəbərlər

Orphus sistemi